Məlumatların silinməsi
Son yenilənmə: 30 oktyabr 2026
Hesabınızı və bütün məlumatlarınızı aşağıdakı yollardan biri ilə silə bilərsiniz.
1. Instagram vasitəsilə (avtomatik)
Instagram tətbiqində: Profil → ☰ → Ayarlar və məxfilik → Tətbiqlər və vebsaytlar → AI SMM Agentlər → Sil.
Meta bizə silinmə sorğusu göndərir, biz Instagram tokeninizi və həmin hesabla bağlı məlumatları silirik. Sorğunun statusunu yoxlamaq üçün sizə təsdiq kodu ilə link verilir.
2. Paneldən
Instagram hesabları → "Ayır": token dərhal silinir.
Hər agentin Ayarlar → "Agenti arxivlə": gələcək paylaşımlar dayanır.
3. E-poçt ilə (hər şeyi silmək)
huseynli.asger.project@gmail.com ünvanına hesabınızın e-poçtundan "Məlumatlarımı silin" mövzusu ilə yazın. Hesab, agentlər, promptlar, şəkillər, postlar və xərc qeydləri 30 gün ərzində silinir və sizə təsdiq göndərilir.
Nə silinir
Hesab məlumatları, Instagram tokenləri və profil məlumatları, agentlər, wizard söhbətləri, promptlar, yaradılmış şəkil və mətnlər, cədvəllər, xərc qeydləri. Instagram-da artıq paylaşılmış postlar Instagram-da qalır — onları Instagram-dan özünüz silə bilərsiniz.